Emin Əmrullayev dünən keçirdiyi brifinqdə bildirdi ki, təhsildə güzəşt etmək vətənə xəyanət etmək kimi bir şeydir. Haqlıdır. Bəs sənədsiz olduqlarına görə sığınacaqdakı uşaqların təhsil almağına şərait yaratmamaq Vətənə xəyanət deyil? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cəmi 5 uşağı sistemə yerləşdirdiniz, bəs 17 uşağın taleyi necə olacaq?
Tribunainfo.az xəbər verir ki, sığınacaqdakı uşaqların təhsil taleyi ilə bağlı narahatlığını növbəti dəfə dilə gətirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu uşaqlar təhsildən kənar qalmamalıdır:
“Casarat Valehov, dünən müsahibənizdə dediniz ki, yaxın gələcəkdə sənədsiz uşaqların təhsil alması məsələsi həllini tapacaq. 1 həftəni “yaxın gələcək” kimi nəzərdə tutursunuzsa, gözləyim. Mənim balalarım hamınızın balası kimi məktəbə gedəcək, getməlidir. 15 sentyabr onlar üçün BİLİK GÜNÜ olsun, kədər günü yox”.