Qəzzalı girovların ailələri Netanyahunun evinin qarşısında etiraz aksiyası keçirib

Qəzzalı girovların ailələri Netanyahunun evinin qarşısında etiraz aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın Qəzzada saxladığı girovların qohumları və tərəfdarları İsrail baş nazirinin Qüdsdəki evi qarşısında nümayiş keçirərək çadırlar quraraq hökumətdən girovların azad edilməsi üçün təcili razılığa gəlməyi tələb ediblər.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Netanyahu girovların əsirlikdə qalması ilə bağlı artan təzyiqlərlə üzləşib.

Etirazlar Benyamin Netanyahunun “Həmas canavarlarının təslim olma şərtlərini açıq şəkildə rədd edirəm” bəyanatından sonra başlayıb.

Baş nazir HƏMAS-ın İsrailin hücumlarına son qoyması və HƏMAS-ı hakimiyyətdə saxlaması kimi şərtləri qəti şəkildə rədd etmişdi.

HƏMAS rəsmisi deyib ki, Netanyahunun hücumu dayandırmaqdan imtina etməsi “130-a yaxın İsrailli əsirlərin geri qayıtmaq şansının olmaması deməkdir”.