BMT hələ də Liviyanın eks-lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafinin sağlığı və onun həyatda olması haqqında heç bir məlumata sahib deyil.
BMT hələ də Liviyanın eks-lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafinin sağlığı və onun həyatda olması haqqında heç bir məlumata sahib deyil.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT rəsmi nümayəndəsi Klaudio Kordoni söyləyib.
“Aydındır ki, biz heç nə haqqında əminliklə danışa bilmərik. Ona görə ki, heç kim Seyf əl-İslamı görməyib və onun haqqında heç nə eşitməyib. Biz onun taleyi haqqında heç bir məlumata sahib deyilik”, – o bildirib.
Qeyd edək ki, Seyf əl-İslam 2013-cü ildə həbs edilib. Onun hansı həbsxanada saxlanması haqqında hələ də heç bir məlumat yoxdur.