Qəzzada un və çörək böhranı dərinləşirbackend

Qəzzada un və çörək böhranı dərinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəzzada ərzaq böhranı dərinləşir.
 Tribunainfo.az  xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağının cənubunda İsrailin blokadası və hücumları altında olan fələstinlilər un və çörək tapmaq üçün uzun saatlarla növbə gözləməli olurlar.

Cibaliya Qaçqınlar Düşərgəsindən Xan Yunusa köçmək məcburiyyətində qalanlar “Ailəmizə bir günlük çörək almaq üçün saatlarla növbə çəkirik. Bəzən bir tikə çörək belə ala bilmirik. Vəziyyət getdikcə pisləşir” deyə bildirib.
Vətəndaşlar İsrail soyqırımına son qoyulmasını və blokadanın bir an əvvəl aradan qaldırılmasını arzulayıb.