Qəzzada ölənlərin sayı 36 min 586-ya yüksəlib. Tribunainfo.az xəbər verir ki, oktyabrın 7-dən Qəzza zolağında qırğınlar davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail əsgərlərinin son 24 saat ərzində dinc əhaliyə qarşı 4 hücum təşkil etdiyi, 36 nəfərin həyatını itirdiyi, 115 nəfərin yaralandığı bildirilib.
Hücumların başladığı 7 oktyabrdan bəri ölənlərin sayı 36 min 586-ya, yaralıların sayı isə 83 min 74-ə yüksəlib.