“Qəzza zolağında İsrailin zərbələri nəticəsində ölənlərin sayı 18 412 nəfər olub”.
Tribunainfo.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü başlayandan indiyədək 18 412 nəfər həlak olub, 50 000-dən çox insan yaralanıb”, – məlumatda deyilir.