Qəzzada ölənlərin sayı 12 minə çatırbackend

Qəzzada ölənlərin sayı 12 minə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin sıx hücumuna məruz qalan Qəzza zolağında 11 min 180 adam həyatını itirib.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, hücumlarda ölənlərin 4 min 609-u uşaq, 3 min 100-ü isə qadındır. Hücumlarda 198 tibb işçisi, 20 mülki müdafiə zabiti və 49 jurnalist həyatını itirib.

Bundan əlavə, hücumlarda yaralananların sayı 70%-i qadın və uşaq olmaqla 28 200-ə yüksəlib.
Dağıntılar altında təxminən 1700-ü uşaq olmaqla 3250 adamın itkin düşdüyü bildirilib. 22 xəstəxana və 49 sağlamlıq mərkəzi sıradan çıxıb.