Fələstinin Qəzzanın cənubundakı Rəfah şəhərində bu gün səhər saatlarında İsrailin hava hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla 19 nəfər həlak olub.
Tribunainfo.az “The Times of İsrael” nəşrinə istinadla xəbər verir ki, bu barədə yerli Əl-Nəccar xəstəxanasının həkimi Tələt Barhum bildirib.
Bərhum deyir ki, təyyarə Əbu Hilal ailəsinin evini vurub. Öldürülənlərdən biri də yerli silahlı qruplaşmanın lideri Rafaat Əbu Hilal olub. Zərbə ətrafdakı evlərə ziyan vurub.
Həmçinin, HƏMAS-ın açıqlamasına görə, Qəzza zolağında 493 fələstinlinin öldürülüb, 2300 nəfər isə yaralanıb.
BMT-nin yaydığı məlumatda isə deyilir ki, 123 mindən çox Qəzza sakini bombalanma qorxusundan evlərini tərk edib, onların 70 mindən çoxu məktəblərə sığınıb.