Qəzza zolağında İsrail ordusu ilə baş vermiş qarşıdurmalar zamanı yaralanan fələstinlilərin sayı 100-ə çatıb.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyindən bildiriblər.
Qəzza zolağının səhiyyə nazirliyinin mətbuat nümayəndəsi Əşrəf əl-Kedranın sözlərinə görə, yaralananların sayı 100 nəfərə çatıb. Döyüş güllələri ilə yaralanan 34 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərin vəziyyəti ağırdır. Daha 64 nəfər qazdan zərər çəkənlərdir. Onlara yerindəcə yardım edilib.
Fələstin Qırmızı Xaç Təşkilatının nümayəndəsi Erab əl-Fukaha bildirib ki, tibb işçiləri İordan çayının Qərb sahilində daha 130 fələstinliyə təcili yardım göstərib. Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar qazdan zərər çəkib.