QƏZZA ZOLAĞINDA BMT-NİN 88 ƏMƏKDAŞI HƏLAK OLDU

QƏZZA ZOLAĞINDA BMT-NİN 88 ƏMƏKDAŞI HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzzada ölənlərin sayı 88 nəfərə çatıb ki, bu da təşkilatın bir münaqişədə ən yüksək itkisidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə RİA Novosti BMT-nin humanitar məsələlər üzrə departament rəhbərlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

“Oktyabrın 7-dən bu günə kimi Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki 88 əməkdaşı humanitar təşkilatların qurbanları arasındadır. Bu, BMT-nin indiyədək bir münaqişə zamanı qeydə alınmış ən böyük itkisidir”, – sənəddə deyilir.

Sənədi BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus, UNICEF-in icraçı direktoru Ketrin Rassel və başqaları imzalayıblar. Onlar yenə də HƏMAS tərəfindən əsir götürülənlərin azad edilməsinə və Qəzza zolağında atəşkəsin əldə olunmasına çağırıblar.