Hizbullah lideri Nəsrullahın HƏMAS və “İslami Cihad” liderləri ilə görüşünü əks etdirən fotoşəkildə “Həşr” surəsinin 14-cü ayəsinin masanın üzərində yazıldığı görülüb. Tribunainfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, ayədə buyurulur:
“Onların bütün dəstəsi ancaq istehkamlı yerlərdə və səngərlərin arxasında olduqları zaman sizinlə vuruşurlar. Öz aralarında gərginlik və ixtilaf şiddətlidir. Sən onların birləşdiyini güman edirsən, lakin ürəkləri dağınıqdır. Çünki onlar ağıllarından yaxşı istifadə edə bilməyən insanlar”.
Onlar oktyabrın 7-dən bəri ilk dəfə görüşüblər. Və Qəzza sammitində İsrailə ayədə mesaj verilib. Açıqlamada, “İsrailin Qəzza və Fələstinə qarşı vəhşicəsinə hücumunu dayandırmaq üçün müqavimət cəbhəsinin bu həssas prosesdə əsl zəfər əldə etmək üçün nə etməli olduğu qiymətləndirilib”.