QƏZZA ÜÇÜN ATƏŞKƏS ÇAĞIRIŞI ETDİ, İŞDƏN QOVULDUbackend

QƏZZA ÜÇÜN ATƏŞKƏS ÇAĞIRIŞI ETDİ, İŞDƏN QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Elm, Texnologiya və İnnovasiyalar Naziri Mişel Donelanın parlamentinin özəl katibi Pol Bristov Qəzzada atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Baş Nazirinin 10 nömrəli ofisinin sözçüsü məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, Bristov  kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər edib və Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən tutduğu vəzifədən azad edilib.

Bristov Baş nazir tərəfindən vəzifədən azad edildikdən sonra BBC-yə bu sözləri söyləyib: 

“Mən Baş nazirin qərarını tam başa düşürəm və zövq aldığım işi tərk etdiyimə görə təəssüflənirəm, lakin indi bir çox seçicilərimin dərindən maraqlandığı bir məsələ haqqında açıq danışa bilərəm. İnanıram ki, bunu hökumətdən maaş almaqla deyil, arxa sıralardan daha yaxşı edə bilərəm”.