QƏZZA SAVAŞI ZƏNGƏZUR DƏHLİZİNƏ YOL AÇDI – SİYASİLƏRİN RƏYİ

QƏZZA SAVAŞI ZƏNGƏZUR DƏHLİZİNƏ YOL AÇDI – SİYASİLƏRİN RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərq zülmət və qaranlığa qərq olub. Qəzzada dram yaşanır. Münaqişənin coğrafiyası genişlənə bilər. Bu da Cənubi Qafqaz üçün təhdid sayıla bilər. Tribunainfo.az azərbaycanlı siyasətçilərin İsrail-HƏMAS toqquşmalarına regional təsirlər baxımdan reaksiyalarına diqqəti cəlb edib. Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, İsraili, ya Fələstini müdafiə etməyin mənası yoxdur.

Onun fikrincə, İsrail başqasının torpağını zəbt etməklə, fələstinlilər isə dinc əhaliyə qarşı cinayətlərlə ədaləti pozub və pozmaqda davam edir: “Onların heç birinin yanında ola bilmərik. Ancaq alovu söndürməyə çalışmalıyıq ki, ətrafa, bütün dünyaya sıçramasın. Dünya müharibəsi artıq gedir. Bu müharibəni aparanlar öz torpaqlarında deyil , başqalarının ərazilərində savaşa girişiblər. Bu fəlakətin qarşısını almaq şansımız az da olsa qalır. Bunun üçün “kiminsə tərəfində” yox , alovun qarşısında olmalıyıq. İki dəfə bunu bacarmadıq, dünya müharibələrinin qarşısını ala bilmədik. Atalar üçdən deyib…”


Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadəyə görə, İsrail -Həmas müharibəsi Zəngəzur dəhlizinin perspektivini artırdı. Partiya rəsmisi düşünür ki, İsraildə baş verən müharibə Səudiyyə Ərəbistan -İsrail əlaqələrinin yenidən pozulması, bu dəhlizin perspektivinin üstündən xətt çəkdi: “Gözlər yenidən Zəngəzur dəhlizində olacaq. Bu dəhlizdən Hindistan da istifadə edəcək. Nəticədə Hindistanın Ermənistana dəstəyi zəifləyəcək. Azərbaycan bununla da nəzərdə tutulan Hindistan, İran və Ermənistan -Şimal dəhlizinin üstündən xətt çəkdi. Artıq Azərbaycan Ermənistanı hər iki dəhlizdən məhrum etdi. Ermənistan növbəti dəfə sinifdə qaldı”.


AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli qeyd edir ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycan-Ermənistan kontekstindən çıxaraq regional bir məsələ halını alıb: “Geosiyasi vəziyyət sürətlə dəyişir. İsrail-Fələstin qarşıdurması birdən-birə alovlandı. Sabah başqa bir regionda da proses qızışa bilər. Ona görə də indidən bir çox şey haqda danışmaq olmur. Buna görə də Zəngəzur dəhlizinin üzərinə getməliyik. Çünki sabah elə bir hadisə baş verə bilər ki, Zəngəzur dəhlizi də unudula bilər”.