Politoloq Ərəstun Oruclunun paylaşdığı foto iki ayrı coğrafiyada baş tutan antiterror əməliyyatlarının fərqlini ortaya qoyub.
Tribunainfo.az yazır ki, fotonun birində İsrailin antiterror əməliyyatı nəticəsində Qəzza şəhərinin son halını görürük. Şəhər dağıdılıb, daşı daş üstündə qalmayıb. Binalar uçulub, şəhər artıq xarabalığı xatırladır.
Digər şəkildə isə Xankəndinin Azərbaycanın orada həyata keçirdiyi antiterror tədbirlərindən sonrakı halı əks olunub. Şəhərdə bir evin pəncərəsi belə qırılmayıb. Evlər olduğu kimi qalıb, heç nə dağıdılmayıb, vurulmayıb.
Hər iki foto dünyaya dərs verəcək bir sənəd, həm də əməliyyat keçirdiyin şəhərin sənin olduğunu sübut etdiyin faktdır.