İsrailin bombardmanları gücləndikcə Qəzzada humanitar faciə dərinləşir. Xəstəxanalar yaralılara yardım göstərməkdə çətinlik çəkir. Elektrik enerjisi, su və ərzaq qıtlığı artır.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, morqlar və xəstəxanalar dolub. Ölən və yaralanan uşaqların sayı sürətlə artır.
İsrailin intensiv hücumu altında olan Qəzzada tam humanitar fəlakət yaşanır.
Dağılmış binaların dağıntıları altından qalanları çıxarmaq üçün zamana qarşı yarış gedir. İş maşını nasaz olduğundan dağıntılar altında olanlara çatmaq çox çətindir.Dağıntılar altından çıxarılan yaralıların daşındığı xəstəxanalarda da böyük problemlər var.
İsrail elektrik enerjisini kəsəndə generatorlar işə salınıb. Bununla belə, generatorların yanacağı tükənmək üzrədir. Qəzzanın ən əhəmiyyətli xəstəxanasına cəmi 4 günlük yanacaq qalıb.
Eyni zamanda dərman və avadanlıq çatışmazlığı da var.
Beynəlxalq Qızıl Xaç Təşkilatı xəstəxanaların morqlara çevriləcəyi ilə bağlı xəbərdarlıq edib. Səhiyyə sektorunun iflasa uğramaq ərəfəsində olduğu vurğulanıb. İşıq olmadığı üçün təmizləyici qurğular, kanalizasiyalar işləmir. Küçələrə tullantı suları axmağa başlayıb. Bu vəziyyət epidemiya riskini artırır. Qida qıtlığı da var.


İ









