Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin “qara qutu”sunu tapıblar.
Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin “qara qutu”sunu tapıblar.
TİA.AZ xəbər verir ki, bu barədə “TASS” agentliyi güc strukturundakı mənbəyə istinadən məlumat yayıb.
“Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara qutu aşkar edilib. Yaxın vaxtlarda sudan çıxarılacaq”, – deyə mənbə bildirib.
Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları da olub.
Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.