“Flightradar24” AZAL təyyarəsinin qəzaya uğramamışdan əvvəlki trayektoriyasının 3D versiyasını paylaşıb.
Görüntülərdən təyyarənin Xəzəri çətinliklə keçdiyi, tez-tez qalxıb-endiyi və özünü tarazlamağa cəhd göstərdiyi əks olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.