Xəbər verdiyimiz kimi, dünən Portuqaliyanın paytaxtı Lissabonda məşhur “Gloria” funikulyoru relsdən çıxıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb.
Tribunainfo.az –ın xarici mediaya istinadən məlumatına görə, yaralılar və həlak olanların milliyəti hələ açıqlanmasa da, onlar arasında xarici turistlər olduğu bildirilib.
Lissabonun Şəhər Şurası qəza ilə bağlı şəhərdə 3 günlük matəm elan edib.
“Şəhərimiz heç vaxt belə faciənin şahidi olmayıb”, – şəhərin meri Karluş Muedaş deyib.
Sosial şəbəkələrdə turistlər arasında populyar olan Lissabon funikulyorunun qəzaya uğradığı yerdən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik: