Qəzalı 9 mərtəbəli binalar da söküləcəkmi? – Açıqlama

Qəzalı 9 mərtəbəli binalar da söküləcəkmi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.

Adətən 5 mərtəbə tipli binalar sökülür ancaq qəzalı halda 9 mərtəbəli binalarda çoxdur. Hazırki planda 9 mərtəbəli binalar da nəzərdə tutulubmu?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bəli, bu məsələ gündəmdədir. Bakı şəhəri, Baş planı təsdiq olunandan sonra ölkədə olan qəzalı və qismən qəzalı binaların sökülməsi məsələsi gündəmə gəlib. Riskli binalar olduğuna görə, hökumət bu istiqamətdə maraqlıdır ki, bu binalar tez bir zamanda aradan qaldırılsın. Söhbət daha çox qəzalı binalardan gedir. Çünki o binalarda yaşamaq həqiqətəndə riskli hesab olunur.

Ekspertin sözlərinə görə, məsələyə qlobal baxmaq olar ki, bu kimi binaların hansı formada sökülməsi həyata keçiriləcək. Dövlət hesabınamı olacaq, yoxsa, bu layihələr tikinti şirkətlərinə həvalə olunacaq?

Əslində çoxmənzilli binaların sökülməsi 5 mərtəbəli binaların sökülməsinə söhbət gedir. İqtisadi baxımdan bir o qədər əlverişli deyil. Ona görə ki, indiki inşaat normativlərin əvvəlki illərdə olan inşaat normativlərindən daha sərtdir. Bu baxımdan tikinti şirkətləri üçün daha az qazanc qalır. Ötən illərdəki icra olunan pilot layihələr əvvəlki inşaat normativləri ilə həyata keçirilirdisə, orada qazanc daha çox qalırdı.

“9 mərtəbəli binaların demək olar ki, hamısı monalit-karkas şəkildə tikildiyi üçün yaxud da beton panellərlə tikildiyi üçün daha müasir və möhkəm texnologiya ilə inşa olunduğuna görə, onların söküntüsü nəzərdə tutulmayıb. Onlar riskli kateqoriyaya aid deyillər. İstisna hal 1-ci mikrorayon ərazisidir. Orada yerləşən 35-ə yaxın bina panel tiplidir. O əraziyə FHN tərəfindən rəy verilib. 2016-cı ildən həmin binaların istismara qismən qəzalı üçün Nazirlər Kabinetinin 83 sayılı qərarı da var ki, həmin ərazinin sökülməsi nəzərdə tutulur. Lakin iqtisadi baxımdan əlverişli olmadığına görə, 2017-ci ildən qərar bugünə kimi icra olunmamışdır.

Faktiki olaraq biz son 10 il ərzində olan təcrübəyə baxsaq 5 mərtəbəli binaların sökülməsi yalnız yerləşmə olaraq metro çıxışları, əsas yolların yaxınlığında yerləşən, ticarət obyektləri yaxşı satılan, icarəyə verilən yerlərdə həyata keçirilir. İnfrastruktur baxımdan əlverişsiz yerdə yerləşən çoxmənzilli binaların sökülməsi faktiki olaraq həyata keçirilməyib. Təqdim olunan binalar ki, var, onların sayı təxminən 100-ə yaxındır. Dövlət tərəfindən daha tez həyata keçirilə bilər. Tikinti şirkətlərinin ümidinə qalsa, onların arasında seçim çox məhdud olacaq.
Qeyd etdiyimiz qəzalı binaların hamısı 2 və 5 mərtəbəli binalardır. Çoxu 70-ci illərə kimi əvvəlki texnologiya ilə inşa olunan binalardır. 70-ci illərdən sonra qlobal bir dəyişiklik baş verib. Sovet hökuməti vaxtında panel binaların tikintisinə üstünlük verilirdi. Panel binalar iqtisadi baxımdan daha ucuz başa gəlirdi. İstismar müddəti orta hesabla 50 ildən 100 ilə kimi nəzərdə tutulmuşdu”.

Dəniz Pənahova