Bəzi insanlar heç təyyarəyə minməsələr belə, hündürlük qorxusu, təyyarə qorxusu yaşayırlar. Ələxsus da təyyarədə qəza keçirmiş şəxslərdə bu qorxu ikiqat artıq olur.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Tribunainfo.az məsələnin psixoloji tərəflərini araşdırıb.
Bu kədərli hadisəyə psixoloq Aytən Ələkbərova münasibət bildirərkən qeyd edib ki,
ilk olaraq dövlət, millət olaraq başımız sağ olsun! Amma baş verəcək hadisə insanların psixologiyasında dərin bir iz buraxdı.
Psixoloqun sözlərinə görə, yaranan qorxular, öncəki qorxular bir-birini üstələdi.
“Bu gün gələn yaralıların içərisində təyyarədən imtina etmək tamamilə yerində olacaq, yəni səbəbi müəyyən olunmuş və qorxunu dərk etməyin, o həyəcan hissindən ayılmamağın bir növüdür. Ancaq bəzən deyirik ki, qorxunu qorxu ilə dəf etmək lazımdır. Bir qorxuda sən canını itirməklə qarşılaşdınsa, digər qorxuda isə “heç nə olmadı” deyib salamat vətənə dönə bilirsən. Amma həmin anda insanlar varki, bunutam dərk edə bilmirlər. Tam dərk edə bilmədiyindən dolayı onlarda bu problem yarana bilir.
Digər tərəfdən isə bu hadisə elə bir dərin iz buraxdı ki, həm də yeni il qabağı, hər kəsin səyahətə çıxma istəyi var və yaxud da imtahana görə xaricdə təhsil alan övladlarımız var ki, onlardan bir neçəsi ilə bizim söhbətlərimiz, hətta onları özüm aparıb yola saldım ki, onun qorxusunu bir balaca da olsa dəf edək. Ona görə də insanlar müxtəlif xüsusiyyərlərdə olduğu üçün hər kəs psixoloji cəhətdən fərqli yanaşır”.
Dəniz