Qəza anında kəlmeyi-şəhadətini deyən şəxs qəzadan sağ qurtuldu – VİDEO

Qəza anında kəlmeyi-şəhadətini deyən şəxs qəzadan sağ qurtuldu –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri-Subxonkul Rəhimov adlı şəxs qəzadan əvvəl və sonra olan görüntülərini paylaşıb.

Təyyarə qəzaya uğramazdan az əvvəl  Subxonkul Rəhimoun salonda kəlmeyi -şəhadət gətirərək öz ölümünə hazırlaşması izləyənləri təsirləndirib.

Onun qəzadan sonra təyyarənin yanında “Allahu Əkbər” deyərək lentə aldığı görüntülərdən məlum olur ki, o  sağ-salamat qalıb.

Tribunainfo.az Teleqram kanallarında yayımlanan görüntüləri təqdim edir:

İmran Kərimli