“Azərbaycanda müxtəlif vəziyyətlər üçün müxtəlif ssenari hazırlıqları var”.
Tribunainfo.az xəbər verir ki, bunu politoloq Robert Qevondyan deyib.
O bildirib ki, həmin sennarilərin sayı məlum olmasa da, hərbi vasitələrdən istifadə halı masa üzərindədir. “Əgər Azərbaycan əmin olsa ki, hərbi vasitələrlə istəklərini və maraqlarını təmin edəcək, bu sennarini həyata keçirəcək”.
Qevondiyan iddia edib ki, Azərbaycanın atacağı addımlar ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrindən də çox asılıdır. “ABŞ-da kimin hakimiyyətə gəlməsi Bakı üçün önəmlidir. Və buna uyğun siyasətini qurmağa çalışacaq”.
O hesab edir ki, Ermənistan-Azərbaycan nizamlanmasında Türkiyənin də rolu vacibdir.
Erməni politoloq sonda qeyd edib ki, bütün bunların fonunda Ermənistan “əli-qolu bağlı” oturub, gedişatı gözləyir. “Ermənistan hakimiyyətinin nə planı var, nə də sennariləri. Onlar “əli-qolu bağlı” oturub, gözlərini döyərək, hadisələri izləməklə məşğuldurlar”.