“Rusiya hərbçiləri yalnız ABŞ-ın tələbi ilə Zvartnots hava limanından çıxarılıb. Çünki Ermənistana daxil olan əcnəbi vətəndaşların məlumatları və baqajları Rusiya Federasiyası tərəfindən yoxlanılmasın”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Alen Qevondyan deyib.
O bildirib ki, vəziyyətin bu şəkilə gəlməsi ilk növbədə İran, Gürcüstan və Rusiya ilə bağlıdır. “Ermənistan çox tezliklə poliqona çevriləcək və ən pis halda Ermənistanda və onun ətrafında, Gürcüstanda və Ermənistanın cənubunda hər şey eyni vaxtda başlayacaq”.