Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Qaynarinfo xəbər verir ki, qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.
Bu barədə Elnar özü bildirib.
O sosial şəbəkə hesabında Eldənizin forosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.
Qaynarinfo sənətçinin qohumu ilə bağlı olan paylaşımını təqdim edir: