QƏTLƏ YETİRİLƏN 16 YAŞLI CÜDOÇUNUN VƏKİLİNDƏN AÇIQLAMA – “İNANMAYIN”backend

QƏTLƏ YETİRİLƏN 16 YAŞLI CÜDOÇUNUN VƏKİLİNDƏN AÇIQLAMA – “İNANMAYIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərhum Tural Rüstəmovun anasının vəkili olaraq bildirirəm ki, bu cür dələduzlara inanmasınlar”
Bunu vəkil Mehman Muradlı Tural Rüstəmovun adından açılan profillərlə bağlı danışarkən Tribunainfo.az – açıqlamasında deyib. Vəkil bildirib ki, mərhumun adından açılan profillərlə insanlardan pul istənilir. Mehman Muradlı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevə müraciət edib.

Xatırladaq ki, Bakının Şağan qəsəbəsində 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.