“QƏTƏRƏ GEDƏN TIRLAR…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb.  

 Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb. 

Bu həftədən etibarən Türkiyədən Qətərə ərzaq yardımı hava yolundan daha çox quru yolu ilə daşınacaq. Türkiyədən gələcək TIR-ların Azərbaycan və İran üzərindən keçib İranın cənubundakı limana, oradan isə gəmi-bərələrlə Qətərə çatması planlaşdırılıb. Quru yolu ilə qida daşımaq hava yolundan daha ucuz başa gəldiyi üçün bu marşrutla daha çox ərzaq daşımaq imkanı olacaq.

Analitik Vüqar Zifəroğlu TİA.AZ-a bildirdi ki, bununla bağlı xəbər “Sabah” qəzetində yayımlanıb və mənbə olaraq Qətərdəki adı açıqlanmayan yüksək ranqlı şəxsə istinad edilir:

“Hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Bu baxımdan informasiyanın leqal olmasına ehtiyac var. Lakin bildiyiniz kimi Türkiyə, Qətər krizisində rəsmi Dohanın yanında yer aldı və böhranda tərəf olan ərəb ölkələri arasında vasitəçi ola biləcəyini də ən yüksək şəkildə bildirdi. Bu mənada Türkiyənin quru yolu ilə hazırda ərəb ölkələrinin sanksiyalarına məruz qalan və faktiki olaraq, blokadaya alınan Qətərə humanitar yardım etməsi və bunun quru yolla təmin edilməsi zamanı nəqliyyat yolunun Azərbaycandan keçməsi normaldır”.

Bu hadisənin Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında narazılıq yaradacağı sualına gəldikdə isə politoloq fikrini belə bildirdi: “Düşünmürəm ki, bu məlumatın real olması bizim ölkə ilə Səudiyyə Ərəbistanə arasında münasibətlərə mənfi təsir göstərsin və hər hansı soyuqluğa səbəb olsun”.


İlahə