“QƏTƏRDƏ BAŞ VERƏNLƏR NƏ ABŞ-A, NƏ DƏ TÜRKİYƏYƏ …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Qətərə silahlı kontingent yeridərək, bu ölkəni mümkün dövlət çevrilişindən və koalisiyanın hücumundan siğortaladı. Tələsik qərarın səbəbi bu idi”.   

“Türkiyə Qətərə silahlı kontingent yeridərək, bu ölkəni mümkün dövlət çevrilişindən və koalisiyanın hücumundan siğortaladı. Tələsik qərarın səbəbi bu idi”.  

Bu sözləri TİA.AZ-a Türkiyənin Qətərə ordu göndərməsi ilə bağlı hadisəni şərh edərkən politoloq Zaur Məmmədov deyib.

O, bir çox ekspertlərdən fərqli olaraq düşünür ki, Türkiyənin Qətərə qoşun yeritməsi çox lazımi bir addımdır və Türkiyə çox tez bir şəkildə bunu etməlidir:

“Qətərə qoşun yeritməklə bağlı Türkiyə ilə Qətər arasında hərbi müqavilə bu günün,  dünənin məsələsi deyil. Bu, bir neçə il əvvəl imzalanıbdır. Lakin indi Türkiyə bunu tez bir zamanda həyata keçirmək istəyir. Türkiyəni Qətərlə, Səudiyyə Ərəbistanı ilə bir çox iqtisadi maraqlar birləşdirir. Lakin geosiyasi cəhətdən Qətər Türkiyə üçün daha əlverişli və rahatdır. Burada bir çox aspektlər var. Siyasi məqsədlərdən danışanda İrana, körfəz və Hörmüz boğazına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi çox vacib islam ölkələrinə Qətər yaxındır və ora əgər türk qoşunları yeridilərsə, bu gələcəkdə vəziyyət dəyişərkən türklərin onlardan istifadə etməsinə gətirib çıxaracaq ki, bu vəziyyətdə də türk udmuş ola bilər. Digər tərəfddən bu Qətərlə Türkiyənin dəstəklədiyi müxtəlif qruplaşmalarla bağlıdır ki, istər Suriyada, istər Misirdə, istər Afrikanın və Ərəb ölkələrinin bir çox yerlərində, ərazililərində onlar eyni mövqedən həm Qətər, həm Türkiyəyə çıxış edirlər”.

İqtisadi məsələlərə gəlidikdə isə, politoloq deyir ki, Türkiyə və Qətər son illər bir çox iqtisadi layihələrə imza atıblar: “Türkiyə tikinti şirkətləri Qətərdə 14-15 milyard dəyərində vəsait qazanıblar. Eyni zamanda Qətər də Türkiyəyə çox böyük miqdarda – milyardalarla dollarlıq investisiyalar ediblər. İstər iqtisadi, istər geosiyasi cəhətdən Türkiyə Qətərə vurğu etməlidir. Təbii ki, Türkiyə başda balanslı siyasət yürütmək istəyirdi və tərəfləri sülhə və danışıqlara çağırırdı. Bu, vacibdir. Çünki istər Türkiyəyə, istər ABŞ-a bölgədə -Səudiyyə Ərəbistanı ilə Qətər arasında olan bir münaqişə lazım deyil və bu münaqişənin müharibə fazasına keçməsi ümumiyyətlə, nə ABŞ-a, nə də Türkiyəyə sərf edir. Ona görə də onlar əllərindən gələni edəcəklər ki, yaranmış münaqişə tez bir zamanda öz həllini tapsın”.

İlahə