Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının Küveytin paytaxtı Əl-Küveytdə keçirdiyi iclasda Səudiyyə Ərəbistanı və Qətər nümayəndə heyəti arasında gərginlik yaşanıb.
Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının Küveytin paytaxtı Əl-Küveytdə keçirdiyi iclasda Səudiyyə Ərəbistanı və Qətər nümayəndə heyəti arasında gərginlik yaşanıb.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, toplantıda hər iki ölkə nümayədələri əlbəyaxa dava ediblər. Həmin anları “American Herald Tribune” saytının əməkdaşı Samirə Xan yayıb.
Məlumata görə, davaya Səudiyyə Ərəbistanın Neft və Təbii Ehtiyatlar Nazirliyinin əməkdaşları yol açıblar. Belə ki, onlar qətərli həmkarlarını söyərək təhqir ediblər. Bu zaman hər iki tərəf arasında dava düşüb.