QƏTƏR SƏUDİYYƏ ƏRƏBİSTANDA BAŞ VERƏN HÜCUMU QINAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Səudiyyə Ərəbistanının Katif şəhərindəki silahlı hücumu şiddətlə qınayıb. 

Qətər Səudiyyə Ərəbistanının Katif şəhərindəki silahlı hücumu şiddətlə qınayıb.

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Xarici işlər Nazirliyindən verilən açıqlamada, dünən Katif şəhərində patrul maşınını hədəfə alan silahlı təcavüz pislənib, əsası və səbəbi nə olursa olsun, Qətərin terror və zorakılıq əleyhinə mövqe tutduğu vurğulanıb.

 Hücumda həyatını itirən əsgərin ailəsinə və Səudiyyə Ərəbistanı xalqına başsağlığı verilib, digər yaralı əsgərə isə şəfa arzulanıb.

 Qeyd edək ki, Səudiyyə Ərəbistanının Katif şəhərində son iki həftədə hüquq-mühafizə qüvvələrini hədəf alan beşinci hücumda bir əsgər ölüb, biri isə yaralanıb.


İlahə