QƏTƏR İRANLA MÜTTƏFİQ OLACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsindən başlayan Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib. 

Bazar ertəsindən başlayan Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu facebook səhifəsində gərginləşən Səudiyyə Ərəbistanı – Qətər münasibətlərinə öz şərhini bildirib.

“Mənim üçün iki sual aktualdır. Birinci sual: Vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin. Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridirlər və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərignləşləsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə “İslam, ərəb, Amerika” sammiti keçirdi? Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı. Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi”.

Politoloq ikinci sualını belə şərh edir: “İran bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşdirilməsinə, Qətəri daha çox öz tərəfinə çəkməyə çalışacaqmı? Əgər Tehranda bu alınsa, Qətər Suriyadan sonra ikinci ərəb ölkəsi olacaq ki, İranla müttəfiq olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, gərəkən ərzaq göndərəciyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdiridi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən birinci,  Əl-Kaida, DAİŞ, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək, ikinci, İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq”.


İlahə