Qətər böhranı niyə yaranıb? – Şok səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərlə digər ərəb ölkələri arasındaki gərginliyin əsas səbəbi Qətər-İran qaz sahəsi olub. 

Qətərlə digər ərəb ölkələri arasındaki gərginliyin əsas səbəbi Qətər-İran qaz sahəsi olub.

TİA.AZ xəbər verir ki, bu iddia ilə İsrailin “Haretz” qəzeti çıxış edib. Qəzet Qətərin yenidən İranla bu istiqamətdə çalışmağa başlamasının digər ərəb ölkələrinin etirazlarına səbəb olduğunu bildirib:

“Qətər dünyanın ən böyük maye qaz ixracatçılarından biridir. Belə ki, rəsmi Doha 2005-ci ildən bu yana İranla ortaq olduğu qaz sahəsinin özünə aid olan Şimali Günbəz hissəsində fəalliyyətlərini dayandırıb. Lakin aprel ayında Qətər özünə tətbiq etdiyi bu sanksiyaları ortadan qaldırdı. Maraqlı məqam odur ki, Qətərin bu istiqamətdə əsas rəqibləri ABŞ, Avstraliya və Rusiya sayılır. Üstəlik, bölgədə Qətərlə İranın birgə fəaliyyət aparacağı da nəzərə çarpır. Bununla Tehran Qətərin maye qaz hökmranlığına ortaq olmağı hədəfləyir.

Digər maraqlı məqam isə İrana qarşı sanksiyaların ləğvindən sonra Tehranın “Total” Avropa korporasiyaları ilə anlaşmalara imza atmasıydı”.

Qətər-İran qaz sahəsi nədir?

İran-Qətər qaz sahəsinə Pars yatağı aiddir. Bu yataqlar Fars körfəzinin ortasında yerləşir. İran tərəfi Pars yatağının öz sahəsinə düşən hissəsini Cənubi Pars, Qətər tərəfi isə Şimali Günbəz adlandırır. Yataqda ümumilikdə 28 trilyon kub metr qaz və 7 milyard ton neft var. Ayrı-ayrılıqda isə Şimali Günbəzdə 13,8 trilyon kub metr qaz və 4,3 milyard ton neft var. Cənubi Parsda isə 14,2 trilyon kub metr qaz və 2,7 milyard ton neft mövcuddur.

Qətər böhranı necə başladı?

8 islam ölkəsi Qətərlə əlaqələrini dayandırıb. Bu ölkələr Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavrikidir. Əlaqələrin dayandırılmasına səbəb kimi Qətərin terrorçulara verdiyi dəstək göstərilib. Xüsusən Birləşmiş Ərəb Əmirlikləri Qətəri Müsəlman Qardaşları ilə əlaqədə günahlandırıb.

Artıq məsələyə başqa dövlətlər də reaksiya verib. Qətər və Səudiyyə Ərəbistanı ilə kifayət qədər yaxın olan Türkiyə bu münasibətlərin pozulmasından təəssüf etdiyini açıqlayıb. İran isə tərəfləri dialoqa çağırıb. Ən maraqlı açıqlamalar ABŞ və İsraildən gəlib. İsrail Müdafiə naziri Aviqdor Liberman tərəflər arasında baş verən fikir ayrılıqlarının Tel-Əviv üçün yeni imkanlar açdığını söyləyib. ABŞ isə təcili şəkildə fikir ayrılığının ortadan qaldırılmasını tələb edib.

Qətər böhranı ABŞ-ın Yaxın Şərq əməliyyatlarına da təsir etməyib. Maraqlı məqam odur ki, ABŞ-ın Yaxın Şərqdə ən böyük bazalarından bir məhz Qətərdə yerləşir. Vaşinqton Qətərdə 10 minlik ordu saxlayır. Amerikalılarla yanaşı bölgədə artıq Türkiyə də hərbi baza yaradıb.