QƏTƏR – AZƏRBAYCAN VƏ TÜRKİYƏNİ NƏ GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münaqişə yalnız Səudiyyə Ərəbəstanı və Qətər arasında deyil, artıq Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adalarından sonra Afrika ölkəsi Mavrikiy analoji qərarı qəbul edən 8-ci ölkə olub. Onlar koalisiya yaradıb, Qətərə qarşı çıxış etmək planları qururlar”. 

“Münaqişə yalnız Səudiyyə Ərəbəstanı və Qətər arasında deyil, artıq Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adalarından sonra Afrika ölkəsi Mavrikiy analoji qərarı qəbul edən 8-ci ölkə olub. Onlar koalisiya yaradıb, Qətərə qarşı çıxış etmək planları qururlar”.

Bunu TİA. AZ-a BDU-nun dosenti, şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Qəmbər Səudiyyə Ərəbistanı-Qətər münasibətlərinin gərginləşməsinin Azərbaycan və Türkiyə üçün hansı təhlükələr yarada biləcəyi sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, burada həm siyasi, həm də müəyyən mənada məzhəblərarası münaqişə, həm də Qətərlə münasibətlər önə çəkilə bilər:

“Türkiyənin durumu bir az başqadır. Türkiyənin həm Səudiyyə Ərəbistanıyla, həm də Qətərlə münasibətləri indiki mərhələdə normal qurulub. Türkiyənin ümumiyyətlə, Yaxın Şərq və ərəb dövlətləri ilə bağlı maraqları var. Düşünürəm ki, Türkiyə bu iki dövlətlə öz maraqları çərçivəsində hərəkət edəcək. İndiki mərhələdə Türkiyə üçün böyük bir təhlükənin olmasını düşünmürəm. Amma Səudiyyə Ərəbistanın, həm də Qətərin dəstəklədiyi bəzi radikal qüvvələr Suriya üzərindən Türkiyə üçün müəyyən təhlükə ola bilərlər. Bu məsələni Türkiyə dövləti bilməmiş deyil, hərəkətlərində də bu amili nəzərə alacaq. O ki qaldı Azərbaycanla bağlı məsələyə, indiki mərhələdə ehtiyatlı münasibətlər sərgiləmək lazımdır. Çünki Azərabaycana sələfi qolundan təhlükə var, bunu cəmiyyətdə də görürük. Bu dini kəsim tərəfindən müəyyən təhlükələr ola bilər. İndiki mərhələdə Azərbaycanın  həm Qətərlə, həm də Səudiyyə Ərəbistanı ilə siyasi və daha cox iqtisadi münasibətləri mövcuddur. Düşünürəm ki, bizim hökumət çalışacaq ki, bu məsələlərdə distansiya saxlasın”.

Ekspert deyir ki, yaxın zamanlarda münaqişənin daha da dərinləşəcəyi, ya da lokallaşacağı bəlli olacaq: “Bundan sonra siyasi addımlar atıla bilər. Azərbaycan üçün kəskin addımların atılması indiki mərhələdə lazım deyil, heç ehtiyac da duyulmur. Biz münaqişə tərəfi deyilik. Türkiyənini durumu isə tamam başqadır. Türkiyə böyük dövlət olaraq, Yaxın Şərq və ərəb dünyasında maraqları çoxdur. Onlar bu nöqteyi- nəzərdən hərəkət edəcəklər”.

Şərqşünas alim İranın da yaranmış vəziyyətdən yararlanmağa çalışacağını bildirir:

“Əvvəla İrana lazımdır ki, ərəb dünyası ona qarşı birləşməsin, yəni koalisiya qurmasın. İndiki mərhələda bu gedişat göstərdi ki, koalisiya qurulması ehtimalı yox dərəcəsindədir. Ərəblər özləri – özləri ilə artıq münaqişəyə giriblər, İran qalıb bir tərəfdə. İran bundan mütləq yararlanacaq. Ərəb birliyinin olmaması, ərəblərin vahid mövqədən çıxış etməməsi, həm Suriya, həm İraq problemi, eləcə də Yaxın Şərqdə gedən bütün proseslərlə bağlı vahid mövqədən çıxış etməməsi təbii ki, İranın xeyrinə işləyir. Bəzi məsələlərə yaxın günlərdə daha cox aydınlıq gətiriləcək”. 

İlahə