backend

Qəsdən sağlamlığa zərər vurmağa görə cəza sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza sərtləşdirilir. 

Qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza sərtləşdirilir.

Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcələnin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə təklif olunan dəyişikliyə görə, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cərimənin məbləği 1000 manatdan 1500 manata qədər müəyyən edilir. Hazırda isə eyni əmələ görə cərimənin məbləği 500 manatdan 1000 manata qədərdir.

Qeyd edək ki, dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur. (trend)