Taliban administrasiyası qadınların varlığına qarşı müharibəsini gücləndirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Əfqanıstanda qadınlar artıq ictimai yerlərdə danışa bilməyəcək və üzlərini gizlətməli olacaqlar.
2021-ci ilin yayında Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban o vaxtdan bəri qadınların üzərinə qara bulud kimi yağmağa davam edir.
Ötən həftə Taliban administrasiyası tərəfindən yeni qadağa tətbiq edilib.
Əfqanıstanda qadınlar artıq ictimai yerlərdə danışa bilməyəcəklər. Yəni qadın səsi “potensial əxlaqsızlıq” dairəsinə daxil edilib.
Digər qanun budur: Qadınlar evdən kənarda üzlərini göstərə bilməzlər.
Bu yeni qadağalar Talibanın “əxlaq və fəzilət” qanunlarının davamı kimi elan edilib.