Qəribə olay: Meyit oğurlandıbackend

Qəribə olay: Meyit oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Las-Veqasda bir qadının dəfn evinə girərək içərisində cəsədi olan tabutu oğurlaması anı gündəmə gəlib.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Las-Veqasda baş verən hadisədə 47 yaşlı Patrisiya Sierranın dəfn evinə sızaraq 2600 dollar dəyərində tabutu oğurladığı anlar kameralara düşüb.

Sierra pəncərəni sındıraraq içəri girdi və tabutu təkərli araba ilə çıxardı.

Tabutdakı cansız cəsəd daha sonra dəfn evinin yanında üzü aşağı tapılıb.

Hadisə zamanı sərxoş olduğunu deyən Sierra tabutu oğurladığını xatırlamadığını bildirib. Bildirilib ki, qadın əvvəllər də oğurluq cinayətlərinə görə məhkum olunub.