Ekvadorda tabuta qoyulan və öldüyü güman edilən yaşlı qadın dirilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 76 yaşlı Bella Montoya adlı qadının insult keçirərək dünyasını dəyişdiyi açıqlanıb.
Dəfn mərasimindən əvvəl paltarını dəyişməyə hazırlaşan qohumları qadını qoyulduğu tabutda nəfəs alarkən görüblər.
Montoyanın reanimasiyaya aparıldığı açıqlanarkən, Ekvador Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırma başladıb.