Qərbi Kaspi Universitetindən Kamran Əsədova CAVAB

Qərbi Kaspi Universitetindən Kamran Əsədova CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil üzrə ekspert Kamran Əsədov Qərbi Kaspi Universiteti ilə Xəzər Universitetinin Stanford Universitetlərinin açıqladığı syahıda adlarının olmasını yalan reytinq adlandırmışdı. Ekspertin bununla bağlı yazdığı yazı “tribunainfo.az” saytında dərc olunduqdan sonra Qərbi Kaspi Universiteti ekspetin sözlərini cavabsız qoymayıb.
Sözügedən universitetin cavab haqqı olduğu üçün onların da mövqeyini oxuculara təqdim etmək qərarına gəldik.

Tribunainfo.az Qərbi Kaspi Universitetin ekspert Kamran Əsədova cavabını təqdim edir:

“Saxta “təhsil üzrə ekspert” Kamran Əsədova Qərbi Kaspi Universitetinin cavabı!

Məlumat ötən gün özünü təhsil “eksperti” kimi təqdim edən Kamran Əsədovun, həmçinin onun yazısını geniş auditoriyaya yayımlayan www.tribunainfo.az saytı vasitəsilə Qərbi Kaspi Universitetinin adını çəkməklə yerləşdirdiyi çirkin yazının yaratdığı etiraz hissi və təhsillə maraqlanan vicdanlı insanlara məsələnin mahiyyəti barədə doğru məlumat vermək istəyinin nəticəsidir.
İlk növbədə, Stenford kimi nüfuzlu universitetin təhlilini şübhə altına almaq qeyri-peşəkar yanaşmanın göstəricisidir. Azərbaycandan 41 elmi tədqiqatçının olması, elmimizi yüksək qiymətləndirmək əvəzinə öz işini düzgün qura bilmiş universitetləri təhqiredici ifadələrlə ittiham etmək, adlarını qaralamaq nə deməkdir?

Əlavə etdiyimiz siyahıda müxtəlif ölkələrdə çalışan əcnəbi və ya Azərbaycanlı alimlərin hansı universitetlə özünü əlaqələndirdiyi göstərilib. Baxaq bu universitetlər hansıdır? Bahoo! Burada az qala bütün Azərbaycan universitetlərinin adları var ki! Bəs nə əcəb bu düşük şərbaz onları saxta adlandırmayıb?
Hazırda əcnəbi alimlərin Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq əlaqəsi uzun illərdir beynəlxalq elmi layihələrin, birgə tədqiqat proqramlarının nəticəsidir. Universitetin bu cür əməkdaşlıq fəaliyyəti tədris, elmi tədqiqat və universitetlərin ümdə vəzifəsi olan digər fəaliyyətlərə qapı açan bir mərhələdir, məhsuldar strategiyadır! Dayaz düşüncəli, kimlərinsə məqsədli və həyasızcasına dilinə gətirdiyi saxtakarlıq deyil! Saxtakarlıq – anlamadığı bir iş barədə gözünü qırpmadan, qarşı tərəfə bir sual verib anlamağa cəhd etmədən, damğa vurmağa, insanları çaşdırmağa yönəlmiş iftiraları ifraz etməkdir.

Universitetimizin əməkdaşlıq etdiyi dünya elmində ciddi mövqe tuta bilmiş tədqiqatçılar təkcə bizim araşdırma layihələrimizdə iştirak etmir. Keçirdiyimiz konfranslarda, simpoziumlarda, nəşr etdiyimiz və nəşrinə yeni başladığımız beynəlxalq ingilis dilli elmi jurnalların redaksiya heyətlərində, məqalələrə rəylərin yazılmasında və son illər tədris prosesində fəal iştirak edirlər. Hal-hazırda bir sıra müxtəlif ölkələrdən olan tədqiqatçılar, müəlliflər universitetdə blok şəkilində yəni öz fənlərini bir ay ərzində Bakıya gələrək, dərslərini tədris edib və edir. Növbəti semestrdə onlarla belə alim, universitetimizlə artıq müqavilə imzalayıb və tədris prosesinə qoşulur. Qoy izah etsin görək universitetimizlə əməkdaşlıq edən alimlərin faktiki olaraq heç bir əlaqəsi barədə “dərin” bilikləri haradan qaynaqlanır? Bəlkə sənə bu sifarişi verən tədqiqat işini düzgün qura bilməyən “tovariş”-lərin qısqanclıq qusuntusudur?
Qlobal elmi reytinqlər fiziki mövcudluğu deyil, tədqiqat şəbəkəsini ölçür. Stenford siyahısı tədqiqatçının elmi nüfuzuna əsaslanır.

Özünü təhsil eksperti kimi cəmiyyətə soxuşduran təhsil alverçisinin və tələbə köçürmələri ilə ad çıxarmış möhtəkirin, xırda mafiyoz “ekzemplyar”ın 30-40 deyil, 70-dən çox Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edən alim-müəllimləri universitetə gəldikcə bir-bir sübut olaraq gözünə soxacağıq. Bu adamlar üçün reketlik, onun-bunun sifarişi ilə kimisə qaralamaq bir həyat tərzidir. Bir şeyi bilmədən, öyrənmədən, dəqiqləşdirmədən öz ala-bula “ekzpertiza”-sı ilə özünü hər yerə soxub başından böyük, istədiyi şəkildə hərəkət edir. Yüzlərlə vicdanlı insanın zəhməti nəticəsində başa gələn işi asanlıqla belə düşükcəsinə damğa vurmaqda iddialı olasan?!

Akademik institutların müxtəlif universitetlərə adını yapışdırmaqla məqalə sayını artırmaq normaldır? 500 kv.m ərazidə tədqiqat mərkəzi qurmaq, əməkdaşlıq qurmaq saxtadır? Köçürmə möhtəkiri, təhsilin “t”-sindən xəbəri olmayan, öz intellekti ilə anlaya bilmədiyi məsələlərə bazar əhli səviyyəsində qiymət verir. Onun yazdıqlarını yayımlayan mətbuat orqanı da onun tayıdır. Anlamır ki, etdiyi reket fəaliyyətindən başqa bir şey deyil! Bu cəmiyyəti sən nə sayırsan? Bunun üçün sən kimsən axı? Həmin Qərbi Kaspi Universitetindən qovulan sən deyilsənmi? Özünü universitetə sırıyıb, tələbələrin kontaktlarını yığıb digər universitetlərə köçürmə ilə məşğul olmaq, öz çirkli biznesinə imkanlar yaratmaq, qısa zamanda da qovulmaq. Bəlkə bunun qıcığı qalıb içində?
Alimlərin, müəllimlərin universitetə aid olmasını nə müəyyən edir? Neçə il işləməlidirlər? 30 il? Bu yazıda istinad edilən Stenford siyahısında adları qeyd edilən müəllimlərin dilindən tutmamışıq ki, özünü hansı universitetə aid etdiyini qeyd etsin? Onda bu möhtəkirin harası çatmadı ki, o siyahıdakı universitetlərin hamısının adlarını çəksin, desin saxtakardır? Belə olsaydı, fakt doğru olmaya bilərdi. Heç olmasa yaramazın biri olmazdı.

Sonda bir daha bu adamcığaza deyirik yerini bil! Akademik həyatı bulandırma, sənin yerin deyil!”.

Gülşən Rəsul