Qərbi Kaspi Universiteti dünya reytinqində Maliyyə ixtisası üzrə 151+ yerdə!backend

Qərbi Kaspi Universiteti dünya reytinqində Maliyyə ixtisası üzrə 151+ yerdə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QS Biznes Magistr reytinqləri-2024 (Business Master’s Rankings) nəticələri açıqlanıb. Reytinq 765 Biznes Magistr proqramını özündə əhatə edir.
Qərbi Kaspi Universiteti dünya reytinqində Maliyyə ixtisası üzrə 151+ yerdə qərarlaşıb.
Bu göstərici ilə Qərbi Kaspi Universiteti “University of South Florida”, “Bologna University Business School”, “University of Liverpool Management School”, “Manchester Metropolitan University” kimi nüfuzlu ali təhsil ocaqları ilə eyni sırada yer alıb.

Xatırladaq ki, QS Maliyyə üzrə magistr proqramları reytinqi müxtəliflik (Diversity), məzun nəticələri (Graduate Outcomes), düşüncə liderliyi (Thought Leadership), məşğulluq (Employment) kimi indikatorlara əsaslanır.

QS (Quacquarelli Symonds) təşkilatı isə universitetlərin müxtəlif sahələr üzrə göstəricilərini müəyyən edən reytinq təşkilatıdır.

Reytinq barədə əlavə məlumat üçün bu keçiddən istifadə etmək olar:
https://www.topuniversities.com/business-masters-rankings/finance