“Əsl Ermənistan bizim yaşadığımız ölkədir. Başqa Ermənistan yoxdur. Hazırda bizim bir müstəqil dövlətimiz var – Ermənistan. Bu, 29.743 kv.km ərazisi olan Ermənistandır”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni deputat Qaqik Melkonyan deyib.
Onun sözlərinə görə, hazırda Konstitusiyaya dəyişiklik edilməlidir. “Ora bəzi məqamlar əlavə olunmalı, bəziləri çıxarılmalıdır”.
Melkonyan Ermənistanın “İstiqlal Bəyannaməsi”nə də toxunub. “İstiqlal Bəyannaməsi bu gün realdırmı? Qərbi Ermənistan indi mövcuddurmu? Belə dövlət olubmu? Bu, ona görə edilib ki, Ermənistan həmişə kiminsə vassalı olsun. Yəni, bizim tam müstəqil dövlət olmaq şansımız olmasın”.