Jurnalist Duqlas MakKinnon bəyan edib ki, Vaşinqton Milli Xokkey Liqasının hücumçusu Aleksandr Oveçkin Rusiya prezidenti ola bilər və bunun səbəbini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə “Fox News” üçün yazdığı məqalədə bildirib.
“Deyə bilərəm ki, Aleksandr Oveçkin prezident olmaq üçün bir çox meyarlara cavab verir”, – jurnalist yazıb.
Onun sözlərinə görə, xokkeyçi Rusiyanın hazırkı prezidenti Vladimir Putinin “nə vaxtsa” gedəcəyi təqdirdə prezident ola bilər.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın növbəti prezidentinin necə olması lazım olduğunu cavablandırıb. “Putin kimi”, – Kreml nümayəndəsi bildirib.