Qərb və Rusiya erməni müxalifətini vecinə almır – Səbəbbackend

Qərb və Rusiya erməni müxalifətini vecinə almır – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə Qərb, nə də Rusiya parlament müxalifəti ilə əməkdaşlıq etmir.

Tribunainfo.az bildirir ki, bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Parlamentarilərdən biri şikayət edib ki, müxalifət deputatları Ermənistanda akkreditə olunmuş demək olar ki, bütün səfirlər üçün “persona non-qrata” olublar.
Müxalifət görüş tələb edəndə ya cavab vermirlər, ya da aylar sonra deputatların səsləndirmək istədiyi məsələ aktuallığını itirəndə cavab verirlər.
Bu arada, əvvəllər səs-küylü tədbirlər zamanı səfirlərin özləri müxalifət deputatları ilə təmasda olub, mövcud hakimiyyətə təsir göstərməyə çalışırdılar”, – nəşr qeyd edir.