Qərb mətbuatı artıq Stepanakert yox, Xankəndi yazır.
Tribunainfo.az xəbər verir ki, İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bir müddətdir ki, Qərb mediasında belə bir halı müşahidə edib.
“İmkan daxilində Qərb mətbuatını izləyirəm. Əvvəl Stepanakert deyirdilər, arada da mötərizədə Xankəndi yazırdılar. İndi isə Xankəndi deyirlər, mötərizədə Stepanakert yazırlar”- deyə, E.Həsənli bildirib.