“Kollektiv Qərb Ermənistandan “cəsarətli addımlar” və “ağrılı həllər” gözləyir. Çünki biz özümüzü o səviyyəyə endirmişik”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Suren Surenyants bildirib.
O qeyd edib ki, ABŞ rəsmisi Ceyms O`Brayenin çıxışının məğzi Ermənistanın ukraynalaşdırılmasından ibarət olub. “Yəni Ermənistana açıq şəkildə Ukrayna modelini mənimsəməyi təklif edirlər. Bunun nə demək olduğu isə praktiki olaraq göz qabağındadır. Yəni Ermənistanı Ukrayna və Gürcüstanda faciəyə gətirib çıxaran taktikanı qəbul etməyə sövq edirlər”.
Surenyants deyir ki, Ermənistan hakimiyyəti dəhliz məntiqinə qarşı deyil. “Yalnız onun Rusiya nəzarətinə qarşıdır. Amerika tərəfi dəhlizlə bağlı daha açıq danışır”.