Qərb Ermənistanı müharibəyə hazırlayır?  – Açıqlama

Qərb Ermənistanı müharibəyə hazırlayır? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan və Bakı arasında təmasların davam etməsi, görüşlərin qısa zaman ərzində baş tutması, habelə danışıqlar masasında Bakının irəli sürdüyü beş baza prinsipi əsasında tərtib edilən ilkin sülh sənədinin olması müsbət haldır. Ancaq sülh danışıqları getsə də, təmaslar qurulsa da, risk faktorları qalır. Məhz bu risk faktorları qeyd etdiyim həssas vəziyyəti yaradır. Yəni sülh danışıqları rahatlıqla gərginliyə çevrilə bilər.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, başda Fransa olmaqla Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bu proses əsasən iki səpkidə özünü göstərir – Qərb mediasında genişlənən anti-Azərbaycan isteriyası və Ermənistanın silahlandırılması:

“Bu gün Qərbdə və Ermənistanda məqsədyönlü şəkildə Azərbaycanın hücuma hazırlaşması haqda dezinformasiyalar yayılır. Bu dezinformasiyalar Fransa və onun dəstəklədiyi media subyektləri vasitəsilə dərc edilib, muzdlu ekspertlər vasitəsilə arqumentləşdirilib tirajlanır.

Paris və onun trayektoriyasındakı Qərb ölkələri bu yolla həm qərb auditoriyalarında Azərbaycanın mənfi imicini yaradır, həm də Ermənistan daxilində panika, qorxu və revanşizm meyillərini artırırlar.

Diqqətçəkən məqam budur ki, Fransa Aİ missiyası adı altında regiona öz jandarmlarını, xüsusi təyinatlılarını, agentlərini yeridir. Şərti dövlət sərhədində yerləşdirilən bu qüvvələr isə açıq-aşkar Azərbaycan haqda kəşfiyyat məlumatlarını toplayıb, “binokl diplomatiyası” üçün casusluq edir. Azərbaycan mövcud vəziyyətin və Parisin nə etmək istədiyinin fərqindədir. Buna görə də israrla sülh prosesinə fokuslanıb, təxibatlara cavab vermir. Bizim üçün prioritet sülh müqaviləsidir, lakin məsələ Fransaya cavabdırsa, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bunu təmin edir”.

Nigar