“Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Boris Murazin qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, o, Qərbin İrəvandan əsaslı güzəştlərə getməsini tələb edib.
Murazin bildirib ki, əsas məsələ azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlıdır. “Azərbaycanlıların qayıdışı ilə Qərb konkret təminat alır ki, onun agentləri gücünü itirsə belə, Ermənistan həmişəlik onun nəzarətində qalacaq”.
O vurğulayıb ki, bir neçə yüz min azərbaycanlı Ermənistan daxilindəki seçki proseslərində ilk növbədə Qərbin aləti olacaq. “Fors-major vəziyyətlərdə isə Ermənistanı daxildən partladan əsl bombaya çevriləcək. Elə ona görə də, Qərb Ermənistandan bir neçə yüz min azərbaycanlını qəbul etməyi tələb edir”.