Qərb istəyir ki, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətləri, xüsusən iqtisadi münasibətləri sürətlə inkişaf etsin. Qərb hesab edir ki, Türkiyə+Azərbaycanla Ermənistanın münasibətlərinin yaxşılaşması sonda Cənubi Qafqazın Qərbin təsir dairəsinə düşməsinə gətirib çıxaracaq. Bu isə Qərbə Cənubi Qafqazı bütövlükdə Rusiya və İrana qarşı alınmaz qalaya çevrimək imkanı verə bilər.
Tribunainfo.az xəbər verir ki, bu sözləri İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli deyin. O qeyd edib ki, bu, Qərbin prosesə baxışıdır:
“Bizim üçün ən önəmli olan isə odur ki, Türkiyə-Azərbaycan münasibətləri bütün zamanlarda stabilliyini qoruyub saxlasın. Belə olduqda istənilən konfiqurasiyada Türkiyə+Azərbaycanın maraqlarının yabançı aktyor qismində çıxış edən dövlət və ya dövlət birləşmələri tərəfindən nəzərə alınması qaçılmaz olacaq. Bu isə Türk Dünyasının birliyi və inteqrasiyasını sürətləndirəcək.
Əminəm ki, biz hansısa güc mərkəzinin maraqlarına yox, öz maraqlarımızın həyata keçməsinə çalışmalıyıq. Yəni biz öz əlimizə oynamalıyıq. Yabançıların buyruğunda durmaq bizə heç yaraşmaz da”.