Qərb Azərbaycanı hədəfə alıb, məqsəd sanksiya qoyulmasıdır – Fuad Əliyev

Qərb Azərbaycanı hədəfə alıb, məqsəd sanksiya qoyulmasıdır – Fuad Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa təsisatları və Qərb siyasətçiləri Azərbaycanı məqsədyönlü şəkildə hədəfə alıb. Bu, əldə etdiyimiz uğurlara cavab olaraq şantaj kampaniyasıdır. Onlar ərazi bütövlüyümüzü bərpa etməyimizi həzm edə bilmirlər. Ona görə də bir neçə gün əvvəl Avropa Parlamenti böhtan xarakterli əski parçası olan qətnamə qəbul etdi, indi də siyasi korrupsioner alman deputatı Şvabe yenə dil çıxarıb”.

Bu fikirləri Tribunainfo.az-a “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev deyib. Onun sözlərinə görə, Qərb təşkilatları qərəzli kampaniyanı genişləndirir və Azərbaycana sanksiya tətbiq etmək üçün dəridən-qabıqdan çıxırlar. Fuad Əliyev bildirib ki, bütün bu təzyiqlər Qarabağ Zəfəri və Rusiya-Azərbaycan – Türkiyə münasibətlərinin inkişafı ilə bağlıdır. Təşkilat rəhbəri hesab edir ki, Xankəndi paradı dan sonra təzyiqlərin artacağı gözlənilən idi. Onun fikrincə, erməni lobbisi aktivləşib və son gücünü vurur, lakin İrəvan – Bakı danışıqları irəliləyir, erməni diasporu və onların əlinə baxan Qərb təşkilatları heç nəyə nail ola bilməyəcəklər: “Gah Konqresdə 44 nəfərə sanksiya qoyulması layihəsi irəli sürülür, gah Avropa Parlamenti qətnamə yayır, gah Şvabe kimilər hürür. Bütün bu addımlar sistemli xarakter daşıyır. Qərb içüzünü göstərdi”.

Roman