QƏRB ARAİK VƏ DİGƏR CANİLƏRƏ QAHMAR ÇIXIR – AVROPA RƏZALƏTİ…

QƏRB ARAİK VƏ DİGƏR CANİLƏRƏ QAHMAR ÇIXIR – AVROPA RƏZALƏTİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan Ruben Vardanyanın azadlığa buraxılması istənilir. Belə müraciətlər hələ publik yoxdur, amma Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının belə bir bəyanatı artıq ortadadır.
Tribunainfo.az xatırladır ki, həmin cümlə belədir: “Mühüm etimad quruculuğu tədbiri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və hər tərəfdən sərt ritorikadan çəkinməyi gözləyirik”.
Qərb açıq surətdə terrorçu və separatçı fiqurların sərbəst buraxılmasına çağırış edir. Bu, Avropa dəyərlərinə, beynəlxalq hüquqa, terrorla mübarizəyə tüpürməkdir. AŞ və Aİ görün hansı səviyyəyə enib ki, Araik, Bako, Ruben kimi QULDURLARIN işini siyasiləşdirir və azad etməyə çağırır. Ekspertlərin sözlərinə görə, onlar konkret maddələr üzrə ittiham olunur və əməlləri bəllidir. Araik beynəlxalq axtarışa verilmiş canidir. Digərləri də separatçı qatillərdir. Bako Xocalı cəlladıdır. Ruben separatizmə maliyyə dəstəyi verib və Azərbaycanı terrorla təhdid edib. Digərləri də ərazilərimizdə qanunsuz silahlı birləşmə saxlayıb, döyüşüb, dövlətə tabe olmadan etnik separatizm ocağını qalayıblar. Bəs Qərb kimləri müdafiə etdiyinin fərqindədirmi? Görünən budur ki, məsələni böyütmək və siyasi don geyindirib təzyiq etməyə çalışacaqlar. Amma özlərini yormasınlar…
Terrorçunun cəzası bəllidir!