Qərar qüvvədə qaldı – Saakaşvili 3 milyon dollardan çox ödəyəcək

Qərar qüvvədə qaldı – Saakaşvili 3 milyon dollardan çox ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın apellyasiya məhkəməsi 3,2 milyon dollardan çox dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı 9 il müddətinə azadlıqdan məhrum edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cərimə ilə bağlı hökmünü qüvvədə saxlayıb.
 Tribunainfo.az xəbər verir ki, bu barədə “İnterPressNews” agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə həmçinin Saakaşvilinin mənimsəmə işində əli olan keçmiş təhlükəsizlik rəhbəri Teymuraz Canaşiya üçün 110 min dollardan çox məbləğində cəriməni qüvvədə saxlayıb.
Qərar hakim Aleksandr Qzirişvili tərəfindən verilib.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Saakaşvili və Canaşiyanı Saakaşvilinin hakimiyyəti dövründə mənimsəmələrə görə dövlət xəzinəsinə 3 milyon dollardan çox ödəmək barədə qərar qəbul edib.
Xatırladaq ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. Saakaşvili onlardan ikisi üçün qiyabi olaraq hər biri üç və altı il olmaqla azadlıqdan məhrum edilib. Digər iki işlə bağlı məhkəmə isə davam edir. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana daxil olub, lakin saxlanılıb və daha sonra sərhədi qanunsuz keçməkdə ittiham olunub. Bu il martın 17-də o, bu işdə təqsirli bilinərək 4 il yarım müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına köçürülüb və hazırda orada qalır.