“Qərar həftəsonu verilə bilər”

“Qərar həftəsonu verilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayın 11-dən sonra karantinin yumşaldılması bu həftə ərzində qeydə alınacaq koronavirusa yoluxma hallarının statistikasından asılıdır”.

TİA.AZ-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, bəzi məsələlərlə bağlı müzakirələr aparılır: “Həftəsonunda qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edir. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq”.